Rayonlar üzrə cari həftə keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb. Bu barədə ShimalNews 31 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

30 oktyabr – 5 noyabr tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:

Qusar rayonu:

– 2 noyabr saat 10:00-da – “İdman hamı üçün” layihəsi çərçivəsində basketbol idman növü üzrə təlim məşqləri ( 6 sayı tam orta məktəbin idman zalı);

– 2 noyabr saat 15:00-da – “İdman hamı üçün” layihəsi çərçivəsində futbol idman növü üzrə Qusar rayon Şirvanlı kənd futbol klubu və Köhnə Xudat kənd futbol komandaları arasında yoldaşlıq görüşü (Şirvanlı kənd futbol meydançası);

– 5 noyabr saat 11:00-da – 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sambo idman növü üzrə Qusar rayon birinciliyi (Olimpiya İdman Kompleksi);

Quba rayonu

– 3 noyabr saat 14:00-da – Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə rayon birinciliyi (Nügədi kəndi idman zalı);

Xaçmaz rayonu 

– 4 noyabr saat 11:00-da –8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə Xaçmaz rayon birinciliyi (Xaçmaz UGİŞM).