Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Bu yolda 4 ödəniş məntəqəsi quraşdırılıb. Bu haqda ShimalNews 31 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

  • Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
  • Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
  • Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i);
  • Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).

Ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.

Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət cədvəli:

Ödənişli avtomobil yolunda ödəmə məntəqələri və qiymət cədvəli açıqlanıb

Ödənişli avtomobil yolunda ödəmə məntəqələri və qiymət cədvəli açıqlanıb