İsmayıllıda “Peşələr festivalı” keçirilib. Bu haqda ShimalNews 31 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirdə agentliyin sədr müavini Cəmaləddin Quliyev, RİH-nin başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, tələbə və gənclər iştirak ediblər.
Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, aşpaz, barista, aqronom, bərbər, yardım masası, dizayner, mobil telefonların təmiri ustası, data analitika, elektrik avadanlıqlarının təmiri, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib. Festival konsert proqramı ilə başa çatıb.
