“NTD İndigo” klubunun Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turunda rəqibi bəlli olub. Bu haqda 31 oktyabr tarixində ShimalNews ABL-ə istinadən xəbər verir.

Komandamız növbəti qarşılaşmasında “Sabah” klubu ilə üz-üzə gələcək. Oyun 5 noyabr saat 19 30-da Sərhədçi İdman Mərkəzində keçiriləcək.

Liqanın 1-ci görüşündə təmsilçimiz “Sumqayıt” BK-nı 97:79 hesabı ilə məğlub edib. Hazırda “NTD İndigo”nun hesabında 2 xal var.