Xaçmazda gənclər üçün “Sahibkarların qarşılaşdığı hüquqi problemlər” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 30 oktyabr tarixində KOBİM-ə istinadən məlumat verir.

Tədbirə qatılan 15 nəfərə sahibkarlıq subyekti haqqında, sahibkarların kommunikasiya qurmaq əlaqələri ilə bağlı məlumat verilib. Eyni zamanda normativ hüquqi sənədlərin hazırlanması və əhəmiyyəti, dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsinin zəruriliyi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.