Qusarda “Məktəbdə” adlı yeni sosial layihə keçirilib. Bu haqda ShimalNews 30 oktyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.

Layihənin məqsədi kənd məktəblilərinin potensialını üzə çıxarmaq, onların təhsilə və öyrənməyə motivasiyasını yüksəltmək, peşə seçimlərinə istiqamət verməkdir, ölkənin gənc və perspektivli iş adamları, tanınmış ictimaiyyət nümayəndələri kənd məktəbliləri ilə birgə əylənir, öyrənir və öyrədirlər. Tədbirə kənd məktəblərində təhsil alan 7-10-cu sinif şagirdləri cəlb olunurlar.

Proyekt çərçivəsində şagirdlərə özünüməşğulluq ideyası aşılanır,  kənddə iş qurmaq imkanları (məsələn, kənd turizmi) müzakirə edilir. “Buradan necə qaçım?” sualı deyil, “Buranı necə yaşamalı yer edim?” sualına cavab axtarılır.