Qubada qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 30 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində baş tutacaq tədbir talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza dəstək olmaq üçün təşkil olunur.
Qanvermə aksiyası oktyabrın 31-i saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcək.
Mərkəzi Qan Bankı Fətəlixan küçəsi, 10 ünvanında yerləşir.