Muğanlı-İsmayıllı avtomobil yolunda yük avtomobili aşıb. Bu haqda ShimalNews 30 oktyabr tarixində DİN-ə istinadən məlumat verir.
Qəza oktyabrın 30-u gecə saatlarında Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə “”Forland” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
38 yaşlı Anar Bəxtiyar oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.