İsmayıllıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. Bu haqda ShimalNews 30 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir Dövlət Humanitar və Texnologiya Kollecində baş tutub. Çıxış edən natiqlər insan alverinin yaratdığı problemləri və bunun transmilli cinayət əməli olmasını iştirakçıların diqqətinə çatdırıblar. Eyni zamanda bu sahədə görülmüş işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıblar.