Bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda tikinti aparılacaq. Bu haqda ShimalNews 30 oktyabr tarixində   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

İşlər yolun 72.5-ci kilometrlik hissəsində görüləcək. Burada yerüstü piyada keçidi inşa ediləcək. Sürücülərdən həmin hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.