Qusarlı həkim-travmatoloq Qavriil İlizarov bir çox insanları müalicə edib. Onun pasiyentləri arasında məşhur italyan səyahətçisi Karlo Mauri, rus bəstəkarı Dmitriy Şostakoviç və sovet idmançısı, olimpiya çempionu Valeriy Brumel var idi.

İlizarov 1950-ci illərdə Kompression-distraksion üsulunu (İlizarov aparatı) icad etmişdir. 1980-ci illərin əvvəllərində İlizarov aparatı bütün dünyada tanındı. İlizarov aparatının köməyi ilə bütün dünyada bu günə kimi sınıqlar, sümük deformasiyaları müalicə olunur, hətta ayaqlar da uzadılır.

İlizarov 20 ildən artıq travmasına görə əziyyət çəkən italyan səyahətçisi Karlo Maurini ayağa qaldırdı. Bundan sonra Mauri “Ortopediyanın Mikelancelosu” adlı kitabını yazdı.

Rus bəstəkarı Dmitriy Şostakoviç 64 yaşında qol və ayaq əzələlərinin atrofiyası səbəbindən yeriyə bilmirdi. 24 fevral 1970-ci ildə o, Rusiyanın Kurqan şəhərində fəaliyyət göstərən İlizarova bununla bağlı müraciət etdi. Reabilitasiya başlayandan bir neçə ay sonra Şostakoviç daha yaxşı hərəkət etməyə başladı, hətta o, İlizarovun gözləmə otağında pianoda ifa edirdi. İlizarovun müalicəsi nəticəsində bəstəkar Kurqan şəhərində yenidən işə başladı. Məhz burada o, öz 15-ci simfoniyasını tamamladı.

Olimpiya çempionu, uzunluğa tullanma üzrə dünya rekordçusu Valeriy Brumel 1965-ci ilin oktyabrında motosiklet qəzasında ağır xəsarət aldı. Bundan sonra 3 il faydasız müalicədən sonra onun ayağının amputasiya ediləcəyi gözlənilirdi. Həkimlər Valerinin artıq normal yeriyə bilməyəcəyini iddia edirdilər. 1967-ci ildə o, reabilitasiya üçün İlizarova müraciət etdi və iki ay ​​sonra yenidən məşqlərə başladı.

İstinad edilən mənbələr: