Xudat şəhər Heydər Əliyev Muzeyi və Xudat Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Əbədi Zəfər yolumuz” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 28 oktyabr tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.
İştirakçılara zəfər tariximizdən bəhs edən film nümayiş olunub. Muzeyin direktoru Könül Ramazanova, tarix müəllimi Müzafəddin Rzayev, 56 saylı seçki dairəsindən Millət Vəkili seçilmiş Sevil Mikayılovanın köməkçisi İradə Musayeva, Şəhid anaları adından Şəhid Xəqani Əsgərovun anası Lalə ana, Vətən müharibəsi iştirakçısı Zaur Kələntərov, Xudat UGİM-in direktoru Mələknaz Arzumanova, Xudat Şəhər Mədəniyyət Evinin direktoru Elnarə İsgəndərova Zəfərimizdən – Azərbaycan tarixinin ən şərəfli səhifəsindən danışıblar. Onlar çıxışlarında həmin gunləri bir daha xatırlayıblar.
Daha sonra Məmməd Qədir, Aqşin Dadaşoglu, Səyyad Sərraf, Cümşüd Aydəmir çıxış ediblər və zəfər tariximizdən bəhs edən şeirlərini təqdim ediblər.