Qubada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 28 oktyabr tarixində ASAN Könüllülərinə istinadən məlumat verir.
“Bir ümid də Siz olun” devizi altında baş tutacaq tədbir Vətən müharibəsində ərazi bütövlüyümüz, eləcə də əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimizin xatirəsini yad etmək və qazilərimizə dəstək olmaq üçün keçiriləcək.
Tədbir noyabrın 2-si saat 10:00-da Quba regional “ASAN xidmət” mərkəzində olacaq.