Bu gün Qubada şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya təşkil olunub. Bu barədə ShimalNews 28 oktyabr tarixində məlumat verir.
Aksiya Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan könüllü həkim heyəti tərəfindən aparılr. Tofiq Cahangirovun konsultasiyası, müasir rəngli Doppler exokardioqrafiya, USM, EKQ, laborator müayinələr, endokrinoloq və nevropatoloq konsultasiyası üçün qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlar gəliblər.
Tədbir sabah, 29 oktyabr tarixində də saat 11:00-dan 17:00-dək aparılacaq.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş aksiya Yeni Azərbaycan Partiyasının və Quba Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə keçirilir.

