Quba rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tədbir keçirib. Bu barədə ShimalNews 28 oktyabr tarixində FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Alpan kənd tam orta məktəbində təşkil edilən görüşdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı zəruri davranış qaydaları barədə bəhs edilib. Gənclərə ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə də məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.