Qubada keçirilən bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi başa çatıb. Bu haqda ShimalNews 28 oktyabr tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan yarışda 122 gimnast fərdi olaraq, digərləri isə 9 komanda tərkibində güclərini sınayıblar.
Fərdi, çoxnövçülük üzrə keçirilən yarışda 2013-cü il təvəllüdlü idmançılar arasında mükafatçılar:
- BGM-in yetirməsi Amina Novruzova;
- “Ocaq” klubunun yetirməsi Güllüzar Şərifova;
- “Ocaq” klubunun yetirməsi Sara Atakişiyeva;
2014 cü il təvəllüdlü idmançılar arasında mükafatçılar:
- SİS-nin yetirməsi Elissa Əliyeva;
- “Ocaq” klubunun yetirməsi Mişel Aniskina;
- “Ocaq” klubunun yetirməsi Mərcan Hacıyeva;
2015-ci il təvəllüdlü idmançılar arasında mükafatçılar:
- “Ocaq” klubunun yetirməsi Nilay Pünhanlı;
- SİS-nin yetirməsi Özel Mira;
- SİS-nin yetirməsi Leyla Kərimli;
Yeniyetmələr, 2011-ci il təvəllüdlü idmançılar arasında mükafatçılar:
- BGM-nin yetirməsi Yelizaveta Yefremova;
- “Ocaq” klubunun yetirməsi Mehin Hüseynova;
- “Ocaq” klubunun yetirməsi Azadə Atakişiyeva;
Gənclər, 2008-2010-cu il təvəllüdlü idmançılar arasında mükafatçılar:
- “Zirə”nin yetirməsi Fidan Qurbanlı;
- BGM-in yetirməsi Dəniz Abdullazadə;
- RKİM-in yetirməsi Şəms Müvəffəqi;
Qrup şəklində balacalar arasında çoxnövçülük üzrə mükafatçılar:
- SİS;
2. “Ocaq-1”;
3. “Ocaq-2”;
Alətsiz qrup hərəkətləri üzrə mükafatçılar:
- SİS;
2. “Ocaq-1”;
3. “Ocaq-2”;
5 iplə qrup hərəkətləri üzrə mükafatçılar:
- “Ocaq” klubunun Zaqatala bölməsi;
2. “Ocaq-1”;
3. “Ocaq-2”.
Birinciliyə “Ocaq Sport” Klubu ilə yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıblar.