Quba şəhərinin bir necə küçəsində yol örtüyü təmir edilir. Bu barədə ShimalNews 28 oktyabr tarixində məlumat verir.

İşlər Cəfər Cabbarlı və Fətəlixan küçələrində görülür. Ərazidə xüsusi texnika və işçi qüvvəsi çalışır. Belə ki, Cəfər Cabbarlı küçəsində yolun bir hissəsinə  yol örtüyü vurulub, hazırda 2-ci hissəsi asfaltlanır. Fətəlixan küçəsində isə yol səthi qaşınır.

Tahir Aslan küçəsində isə yolun təmiri artıq yekunlaşıb.