Bakı-Quba-Rusiya Federasiyası yolundan istifadə edən sürücülər sürət həddini aşırlar. Bu haqda ShimalNews 28 oktyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
Son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəkillərini və videolarını sosial şəbəkələrdə paylaşırlar. Bundan əlavə, bu yola motohəvəskarlar da axın ediblər.
Adıçəkilən yolda radarlar hələ ki quraşdırılmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb.
