Qusar Rayon Polis Şöbəsinin rəisi təqaüdə göndərilib. Bu barədə ShimalNews 27 oktyabr tarixində xəbər verir.

Polkovnik Eldar İlyasov çalışmanın son yaş həddinə çatıb. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə onun yerinə polkovnik-leytenant Azər Əfəndiyev təyin edilib.

Yeni rəis buna qədər Zərdab Rayon Polis Şöbəsinə başçılıq edib.