Qubada qazi Sübhan Laçınovun qarşılanma mərasimi olub. Bu barədə 27 oktyabr tarixində ShimalNews xəbər verir.
Əslən Amsar kəndindən olan Sübhan sentyabrda keçirilən lokal antiterror əməliyyatları zamanı xəsarət alıb. Məlumata görə, düşmən snayperi onu qolundan yaralayıb.
Qarşılanma tədbiri Quba şəhərinin girişində, “Gənclər” parkının yanında keçirilib. Qazimizi görməyə yaxınları və kənd sakinləri gəliblər.

