“Peşələr Festivalı”na hazırlıq gedir. Bu haqda ShimalNews 27 oktyabr tarixində xəbər verir.

İşlər Quba şəhərinin Heydər Əliyev parkında aparılır. Tədbirə hazırlıq çərçivəsində ərazidə paytaxt Bakıdan gətirilmiş avadanlıqlar quraşdırılır.

Xatırladaq ki, festival 28 oktyabr saat 13:00-da başlayacaq. Burada robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar gözlənilir.

Foto ShimalNews