Xaçmazda zəncirvari qəza olub. Bu barədə 27 oktyabr tarixində ShimalNews məlumat verir.

Hadisə 26 oktyabr saat 18:00 radələrində baş verib. Şahidlər bildiriblər ki, M.Ə. Rəsulzadə küçəsi ilə gələn “Qazel” baş yolla, yəni General H. Rəsulbəyov küçəsi ilə hərəkət edən “Mercedes”ə yol verməyib. Nəticədə sonuncu “Qazel”i arxadan vurub, o isə yolun kənarında parklanmış eyni markalı yük avtomobilinə çarpılıb. Park edilən “Qazel” də öz növbəsində ağaca və dəmir dirəyə dəyib.

Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə yol polisi gəlib.

Foto ShimalNews
Foto ShimalNews
Foto ShimalNews