Quba Regional Turizm İdarəsinin əməkdaşları Xaçmazda səfərdə olublar. Bu haqda 27 oktyabr tarixində ShimalNews xəbər verir.
Onlar rayonun Nabran kəndinə gediblər. Səfər zamanı Nabran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və müavini ilə görüş keçirilib. Kəndin turizm potensialı araşdırılıb.
Nabranda yerləşən yerləşdirmə müəssisələri, balıqçılıq təsərrüfatları, kənddəki tarixi, mədəni, təbiət abidələri siyahıya alınıb, turistləri cəlb edə biləcək mövcud turizm resursları barədə məlumatlar əldə edilib.
Həmin məlumatlar vahid baza şəklində formalaşdırılıb və Quba RTİ-nin turizm resursları olan kəndlər siyahısına əlavə olunub.