İsmayıllıda müddətli əmək müqaviləsi ilə vakansiyalar var. ShimalNews bu haqda 27 oktyabr tarixində İnsan Resursları Mərkəzinə istinadən xəbər verir.
Belə ki, Əhən və Brovdal kənd ümumi orta məktəblərində ingilis dili, Kürdmaşı və S. Abbasov adına Yeniyol kənd tam orta məktəblərində rus dili, Lahıc qəsəbə tam orta məktəbində isə biologiya fənləri üzrə vakant yerlər mövcuddur.
Vakansiyalarla bağlı müraciət etmək üçün (050) 882-06-23 WhatsApp nömrəsi ilə əlaqə saxlanılmalıdır.
Qeyd olunan fənlər üzrə 2023-2024-cü tədris ili üzrə MİQ müsabiqəsində iştirak edən və hər hansı vakant yerə təyin edilməyən namizədlər müraciət edə bilərlər.