İsmayıllı sakini İbrahim Mahmudov “Ulduz” Futbol Akademiyasına qəbul olub. ShimalNews bu haqda 27 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Sözügedən akademiya oktyabrın 23-də Bakıda açılıb. Şağan Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində “Ulduz”un rəhbəri Mehman Alimov, gənclər və idman naziri Fərid Qayıbov, müavini Firidun Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev və akademiyanın təsisçilərindən biri Nazim Süleymanov çıxış ediblər.

Onlar akademiyanın əhəmiyyətindən danışıb və yeniyetmə futbolçulara uğurlar arzulayıblar. Həmçinin hər yaş üzrə komandaların kapitanlarına söz verilib. Sonda komanda üzvləri nümunəvi çıxışlar təqdim ediblər, akademiyanın yaradılması münasibətilə tort kəsilib.