İsmayıllı rayon Heydər Əliyev adına parkda ağacəkmə aksiyası keçirilib. ShimalNews bu barədə 27 oktyabr tarixində xəbər verir.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri şəhidlərin xatirəsinə ağaclar əkiblər.

Aksiyanın məqsədi ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.