İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər meydanı” filmi nümayiş etdirilib. Bu barədə 27 oktyabr tarixində ShimalNews xəbər verir.
Tədbir Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və Mərkəz tərəfindən keçirilib. Burada idarənin rəis müavini və gənclərlə iş sektorunun baş məsləhətçisi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, müəllimləri və şagirdləri iştirak ediblər.
Film nümayişindən əvvəl Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müavini və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru 8 Noyabr – Zəfər Günündən danışıblar.