Xaçmaz şəhərində tanınmış şirkət daxili nəzarət mütəxəssisi axtarır. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.
İşçi qəbulu “Veysəloğlu” MMC tərəfindən aparılır. İş barədə məlumat:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək,
Namizədlərə dair tələblər:
- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- “MS Office” proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- Stresə dözümlülük;
- Problemləri həll etmək bacarığı;
- Ölkə ərazisi üzrə ezamiyyələrə gedə bilmək;
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilir.
Müraciət etmək istəyən namizədlər 25 noyabradək CV-lərini mövzu bölməsində “Daxili nəzarət mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İş təcrübəsi:
- Minimum 1 il iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi.