Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları Aşağı Qələnxur kəndində sakinlərlə səyyar qəbul keçiriblər. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.
Görüşdə bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər. Kənd sakinləri qəbulda uzun müddət istismardan sonra Həzrə-Zuxul yolunda çökmüş yerlərin təmir olunması, istismara yararsız elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, internetin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Qaldırılan məsələlər dinlənilib və sakinlərə müvafiq izahat verilib. Bir sıra məsələlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.