Qubadakı “Peşələr Festivalı”nda müğənni Ayaz Babayevin konserti təşkil olunacaq. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.
Tədbir oktyabrın 28-i saat 13:00-da H.Əliyev adına parkda təşkil olunacaq.
Festivalda, eləcə də robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçiriləcək.