Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyinə start verilib. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.
Yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparır. Yarışda idmançılar balacalar, yeniyetmələr, gənclər olmaqla 3 yaş kateqoriyasında yarışırlar.
Yarışın ilk günü kompleksə gələn idmansevərlər hər üç yaş kateqoriyası üzrə gimnastların, həm də qrup hərəkətləri komandasının çıxışlarını izləyə biləcəklər. Yarış gününün sonunda birinciliyin açılış mərasimi keçiriləcək.