Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən pantomim teatrı Qusara qastrol səfəri həyata keçirib. Bu haqda ShimalNews 26 oktyabr tarixində məlumat verir.
Teatrsevərlərə səhnə nümunələrindən biri olan dahi Hüseyn Cavidin “İblis” əsəri nümayiş edilib. Peşəkar pantomimçilərin ifasında mürəkkəb elementlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.