Daxili İşlər Nazirliyinin əməkdaşları Polis Akademiyasına qəbulla bağlı Quba rayonunda görüş keçiriblər. Bu haqda ShimalNews 26 oktyabr tarixində DİN-ə istinadən məlumat verir.
Tədbir Bağbanlı kənd tam orta məktəbində keçirilib. Burada RPŞ-nin rəisi polis polkovniki Mehman Əliyev, polis polkovnik-leytenantı Elçin Orucov və digər polis əməkdaşları iştirak ediblər.
Məktəblilərə polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi haqda danışılıb. Daha sonra akademiyanın fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.
Sonda kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin sualları cavablandırılıb.