Xaçmaz şəhərində məktəblilərin iştirakı ilə “Yollarda ölümsüz bir gün!” devizi altında tədbir keçirilib. Bu haqda ShimalNews 25 oktyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının nəzarəti ilə 7 saylı tam orda məktəbin 2-ci sinif şagirdlərinə əyani formada yollardan və səkilərdən istifadə qaydaları göstərilib, yol nişanları barədə ətraflı məlumatlar verilib. Uşaqlar 1 günlük yol polisi olaraq, sürücü və piyadaları dayandırıb, onlara yollarda ehtiyatlı olmağı xatırladıblar.
Bu növ tədbirlər bundan sonra da davamlı olaraq, həyata keçiriləcək.