Xaçmaz rayonunun Hacılar kəndi ərazisində qadının bıçaqlanması üzrə ibtidai istintaq başa çatıb. Bu barədə ShimalNews 25 oktyabr tarixində məlumat verir.
Toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə yanvarın 6-sı qeydə alınıb. 35 yaşlı Allahverdi Mustafayev 31 yaşlı həyat yoldaşı Aynur Əhmədovanı bıçaqlayıb.
Araşdırma zamanı Allahverdinin şəxsi münasibətlər zəminində Aynura bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb. Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.