Xaçmazın icra başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Bu haqda ShimalNews 25 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Sakinlər işlə təmin olunma, pensiya təyinatı, torpaq sahəsinin sənədləşdirilməsi, qaz təchizatının bərpası və digər məsələləri qaldırıblar.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.