Qusardan olan 2 idmançı paytaxtda keçirilən boks üzrə açıq birincilikdə uğurla iştirak ediblər. Bu haqda ShimalNews 25 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

“Kinq” İdman Klubunun təşkil etdiyi yarışda Zenfira Vəlimətova qızıl, Məhəmməd İsyaev isə gümüş medala sahib çıxıblar.

Elşən Şükürovun yetirmələri olan mükafatçılar Qusar Olimpiya İdman Kompleksini təmsil ediblər.