İsmayıllı rayonunda “Cüdo hamı üçün” devizi altında idman tədbiri keçirilib. Bu haqda ShimalNews 25 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

İdman tədbiri Olimpiya İdman Kompleksində baş tutub. Toplantı iştirakçılarına cüdo idman növü haqqında geniş məlumat verilib. Daha sonra məşqçinin rəhbərliyi ilə müxtəlif hərəkətlər yerinə yetirilib.

Məqsəd kütlə arasında cüdo idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırışdır.