İsmayıllının icra başçısı vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Bu barədə ShimalNews 25 oktyabr tarixində RİH-yə istinadən xəbər verir.
Görüş Külüllü kəndində baş tutub. Burada rayon üzrə qurum və idarələrin nümayəndələri iştirak ediblər.
Kəndin sakinləri ilə ümumi çətinlik yaradan məsələlər müzakirə edilib, təkliflər dinlənilib, araşdırma tələb edən müraciətlərin qeydiyyatı aparılıb.