İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu baş tutub. Bu haqda ShimalNews 25 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Sakinlərlə görüşdə icra başçısı, eləcə də rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar vətəndaşları narahat edən məsələləri dinləyiblər. Qaldırılan bütün müraciətlərin həlli üçün tapşırıqlar verilib.