Xaçmaz icra başçısı Elnur Rzayev Hacıəlibəy kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 24 oktyabr tarixində RİH-yə istinadən xəbər verir.

Görüşdə, eləcə də yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri ilə görüşüblər.

Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, təbii qazın təzyiqinin artırılması, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Elnur Rzayev çətinlik yaradan məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Daha öncə Hacıəlibəy kəndində rabitə dirəklərinin qəzalı vəziyyətdə olması, məişət tullantılarının əhalini narahat etməsi və kəndin yollarının baxımsız vəziyyətdə olması haqqında xəbər dərc etmişdik.