“Yalama Aqropark”a və “Xaçmaz Aqropark”a yeni rəhbər təyin edilib. Bu haqda ShimalNews 24 oktyabr tarixində Banker.az-yə istinadən məlumat verir.
Rauf Mailov hər iki şirkətə baş icraçı direktor təyin olunub. Bu zamana qədər “Yalama Aqropark”a Sərdar Hacıyev, “Xaçmaz Aqropark”a isə Mirrəhman Ağazadə rəhbərlik edib.
Hər iki aqropark ölkənin ağartı məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin strukturundadır. Rauf Mailov 2023-cü ilin oktyabrından “Milla Dairy”də işə başlayıb. Son təyinata qədər o, şirkətin aqrobiznes qolunun rəhbəri olub.