Quba-Xaçmaz yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 24 oktyabr tarixində xəbər verir.

Zərdabi qəsəbəsi ərazisində oktyabrın 23-ü saat 18:30 radələrində qəza baş verib. “VAZ-2106” markalı minik avtomobili və Quba-Zərdabi istiqamətində hərəkər edən “Mercedes” markalı marşrut avtobusu toqquşub.

Nəticədə 3 nəfər Quba və 4 nəfər Xaçmaz rayon sakini xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həmin şəxslər: Fəqan Zalov, Elxan Zalov, Tərlan Zalov, Roman Bağırov, Fidan Əhmədli, Vüsalə Həsənova, Aişə Kərimovadır.

İlkin məlumata görə, mikroavtobus sərnişinləri düşürdükdən sonra geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan gələn “VAZ” markalı avtomobil ona çarpılıb.

Photo Shimal.News
Photo Shimal.News