Quba rayon icra başçısı İlqar Mahmudov Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 24 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.

Sakinlərlə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Qəbuldan öncə RİH-nin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə qəsəbənin Şəhidlər xatirə kompleksinin və Birinci Qarabağ müharibəsi şəhidi Mütəllimov Rövşən Qəni oğlunun Bağbanlı qəsəbə tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzüblər.