Qubada “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Bu haqda ShimalNews 24 oktyabr tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər. Onlar “Mübarizlər”, “Canavarlar”, “Aslanlar”, “Şahinlər”, “Əqrəblər”, “Qartallar” və “Zəfər” komandalarına bölünərək mübarizə aparıblar.
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlimlər və hərb oyunlar təşkil edilib. Sonda “Zəfər” komandası 1-ci, “Əqrəblər” 2-ci, “Canavarlar” isə 3-cü yerə layiq görülüb.
Qalib komandalara kubok təqdim olunub.