Xudat şəhərində piyada qəzada ölüb. Bu haqda ShimalNews 23 oktyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi oktyabrın 22-si 19:00 radələrində “Lüks marketi” yaxınlığında qeydə alınıb. 42 yaşlı Hamlet Qocayevi Türkiyə vətəndaşının idarə etdiyi “TİR” vurub.

Qəza nəticəsində Əniğoba sakini ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.