Qusar rayonunda əmək yarmarkası keçiriləcək. Bu haqda ShimalNews 23 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Yarmarka Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə “Shahdag Hotel Company” MMC tərəfindən baş tutacaq. Qusarda təşkil ediləcək tədbirdə 80-dək vakansiyanın təqdim edilməsi nəzərdə tutulub.
Yarmarkada iştirak edən şəxslərə 25 oktyabr saat 11:00-da vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim olunacaq.
Ünvan: Qusar şəhəri, M. Vəliyev küçəsi (Heydər Əliyev Mərkəzi).