Qubada 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 23 oktyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi oktyabrın 22-si saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində qeydə alınıb. Quba şəhər sakini Fərhad Talıbovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi  “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

F.Talıbov və onun sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev hadisə yerində ölüblər. Avtomobildə olan digər iki nəfər xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb “07”nin yüksək sürətlə gələrək digər avtomobilin hərəkət zolağına çıxması olub.

Faktla bağlı cinayət işi başlanılıb.

PPhoto Shimal.News