Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 23 oktyabr tarixində məlumat verir.

Qəza saat 13:00 radələrində Heydər Əliyev prospektinin və Qələbə küçəsinin kəsiçməsində qeydə alınıb. “Opel” markalı avtomobil “Mercedes” markalı avtomobilə arxadan çarpılıb. Xəsarət alan yoxdur.

Şahidlərin sözlərinə görə, hadisə hər iki avtomobil eyni istiqamətə dönmə əməliyyatı edərkən yaşanıb. Avtomobillərə ziyan dəyib.

Əraziya YPX-nin əməkdaşları cəlb olunublar.