Qubada gənclər üçün “Kriptovalyuta və ona texniki nəzarət” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 23 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Olimpiya İdman Kompleksinin konfrans zalında baş tutub. İştirakçılara kriptovalyuta nədir, onun bu qədər tanınması və yayılması ətraflı izah edilib. Daha sonra təlimçi mövzu ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırıb.

Təlimin sonunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.